Alimlər: Sağlam həyat tərzi təhlükəlidir

Alimlər sağlam həyat tərzinin insan üçün təhlükəli olduğunu düşünürlər.
Oxu.Az-ın məlumatına görə, belə qənaətə Polşadakı Lodz Tibb Universitetinin mütəxəssisləri gəliblər.
1999-2010-cu illər ərzində keçirilən araşdırmalarda 24 mindən çox adam iştirak edib. Alimlər pəhrizlərlə müxtəlif səbəbdən baş verən ölüm halları arasındakı bağlılığı araşdırıblar.
Məlum olub ki, bədənində karbohidrat səviyyəsinin az olduğu insanlarda vaxtsız ölüm riski 32 faiz artıq olub. Bu, daha çox piylənmədən əziyyət çəkməyən yaşlı insanlarda müşahidə olunurdu.
Alimlər belə nəticəyə gəliblər ki, karbohidratlardan az istifadə təhlükəlidir və ürək-damar xəstəliklərindən, eləcə də xərçəng xəstəliyindən ölüm halları riskini müvafiq olaraq 13 və 8 faiz artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır