Ali Radanın deputatı Zelenski haqda "kədərli fakt"lar açıqlayıb
“Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski nə Donbasda sülh yarada, nə də Ukrayna iqtisadiyyatı üçün heç bir şey edə bilməyəcək, bu, sadəcə, həqiqətdir”.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Vadim Rabinoviç “112 Ukrayna” kanalına açıqlamasında deyib.
“Ortaya qoyduğu mövqe, davranışı və səsləndirdiyi fikirlər artıq göstərdi ki, o, sülh və iqtisadiyyatla bağlı heç bir şey edə bilməz – bu, kədərli olsa da, faktdır”, – deyə millət vəkili vurğulayıb.
Parlamentari həmçinin qeyd edib ki, Zelenskinin yeganə nailiyyəti – “tarixi rolu” prezident seçkilərində Petro Poroşenko üzərində qələbə qazanmağı idi.
Deputat əlavə edib ki, ukraynalılar Radaya keçiriləcək seçkilərdə yalnız “praqmatik və başbilən” insanlara səs verməklə ölkədə sülhə nail ola bilərlər – o zaman normal iqtisadiyyatdan danışmaq olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı