Ali Məhkəmə islahatlar üçün komissiya yaratdı
Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədriliyi ilə geniş müşavirə keçirilib.
Minval.info-nun məlumatına görə, müzakirələrdə ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirildiyi, məhkəmə-hüquq sistemində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirildiyi qeyd edilib.
Bildirilib ki, dövlət başçısı yeni fərmanla bu sahədə islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi, məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edib.
Fərmanın icrası ilə bağlı Ali Məhkəmənin sədri tərəfindən 4 aprel 2019-cu il tarixli müvafiq əmr imzalanıb və xüsusi komissiya yaradılıb.
Kommissiya tərəfindən fərmandan irəli gələn məslələrin icrası ilə bağlı tədbirlər planı işlənib hazırlanmış və təxirə salınmadan həyata keçirilməsinə başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı