Aktyorlarla rejissor arasında "Ər və arvad" qalmaqalı
ATV-də Aqil M.Quliyevin rejissorluğu ilə yayımlanan “Ər və arvad” serialı ətrafında qalmaqal böyüyüb.
Axşam.az xəbər verir ki, aktyor Elcan Rəsulovdan sonra Kəmalə Piriyeva da ekran işini tərk edib. Elcan “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, serial maraqsız olduğu üçün layihədən uzaqlaşıb:
“Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır”.
Aqil M.Quliyev isə “Ər-arvad” dəyişir, noyabrda yeni formatda qayıdır. Daha maraqlıdır. İki nəfər yox, daha çox adam olacaq” sözləri Rəsulovu özündən çıxarıb.
“İstəyirsiz adını “Meqa ər-arvad” qoyun, amma alınmayacaq. Kəmalə ilə Elcana baxacaqlar, amma onlara yox. Lap səkkiz nəfər yığın ora, olmayacaq” deyə, aktyor bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal