Akif Çovdarovun 33 milyonu özünə qaytarılır?
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunan əmlakı ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Ötən ilin dekabrında Ali Məhkəmədə Akif Çovdarovun kasasiya şikayəti üzrə qərar qəbul edilmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdi. Akif Çovdarov Ali Məhkəməyə müraciətində barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyirdi. Ali Məhkəmə işə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərsə də, hələ şikayətə baxılmayıb.
Musavat.com xəbər verir ki, Akif Çovdarovun vəkili Kamandar Nəsibov Cebhe.info-ya bildirib ki, əmlakların qaytarılması üçün uzun müddətdir müraciət olunub:
“Akif Çovdarovun ailəsi bununla bağlı 5 il öncə məhkəməyə müraciət edib. Yeni bir şey yoxdur”.
Qeyd edək ki, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada günahlandırılıb. 12 il azadlıqdan məhrum edilib.
2020-ci ildə Akif Çovdarov əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
DYP-dən piyadalara müraciət
Xoşqədəm izləyicisini ağır ifadələrlə təhqir etdi - FOTO
Prezidentə məruzə olunub, həbslər davam edəcək... - Polkovnik
Bakıda 39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb? - AÇIQLAMA
Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək
Canəli Əkbərovla vida mərasimində nələr yaşandı? – Fotolar