Aİ-dən Ukrayna və üç ölkəyə üzvlük üçün mühüm qərar
Avropa İttifaqı (Aİ), birliyə üzv olmaq istəyən dörd namizəd ölkə üçün üzvlük prosesinin mərhələlərini və mümkün tarixlərini müəyyənləşdirmək niyyətindədir. Bu, Aİ-nin üzvlük yolunda olan ölkələrə dəstəyini gücləndirmək məqsədini daşıyır.
Minval.info xəbər verir ki, “Politico” nəşrinin Avropa Komissiyasında layihə üzərində çalışan iki yüksəkvəzifəli məmura istinadən verdiyi məlumata görə, Aİ, Monteneqro, Ukrayna, Moldova və Albaniya üçün xüsusi fəaliyyət planları hazırlayır. Bu planlar, üzvlük danışıqlarında əsas mərhələləri başa çatdırmaq üçün hədəf tarixlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
Bu “yol xəritələri” hər bir namizəd ölkədən hansı islahatların gözlənildiyini və hansı addımların atılmasının lazım olduğunu dəqiq şəkildə göstərməyə imkan verəcək. Eyni zamanda, Aİ üzvü olan ölkələrin də bu prosesdə iştirak etməsi və razılıqlarını bildirməsi tələb olunacaq.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Məlumatda qeyd olunur ki, belə bir mexanizmin qəbul edilməsi, Aİ-nin ilk dəfə namizəd ölkələrə islahatları davam etdirəcəkləri təqdirdə üzvlüyə qəbul olunacaqları ilə bağlı aydın təminatlar verməsini və danışıqların başa çatması üçün təxmini müddətlərin müəyyənləşdirilməsini asanlaşdıracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?