Ağdama icazəsiz keçmək istəyən şəxslər həbs edilib
“İşğaldan azad edilən ərazilərə mülki şəxslərin qanunsuz keçməsi onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Bu barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir”.
Bu barədə “Minval.info”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildiirlib.
Qeyd edilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub.
Rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb.
Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, “VAZ-21011” markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar.
Həmin şəxslər barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib.
“Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, – Mətbuat Xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub