Ağdama döyüşməyə gələn könüllü - 20 yaşlı Mehmanın hekayəsi - FOTO, VİDEO
“Yeni Müsavat” qəzetinin Tovuza ezam olunmuş reportyor qrupu Ağdam kəndində gedən zaman yolda hərbi geyimdə olan bir gənclə qarşılaşıblar. Onun 20 yaşlı Mehman olduğu və könüllü cəbhəyə gəldiyi məlum olub.
2000-ci il təvəllüdlü Mehman Əliyoldaşov Abşeron rayonunun Hökməli qəsəbə sakinidir.
Mehman bir neçə gündür Bakıdan çıxaraq Tovuza gəlib. O, könüllü şəkildə cəbhədə xidmət etmək istəyir.
ƏLAQƏLİ
Fidan Hacıyevadan həyat yoldaşı ilə bağlı səmimi etiraf: "Məni hər dəfə məscidə aparırdı"
Ürəyindən əməliyyat olunan Mehmanın hərbi xidmətə getməsi mümkün deyil. Lakin o könüllüdür.
Mehman deyir ki, Ağdama gəlməsindən ailəsinin xəbəri olmayıb. Yalnız Ağdama çatdıqdan sonra ailəsinə xəbər edib. Mehman yol maşını ilə Bakıdan çıxıb. Pulu olmayan Mehman yolda cəbhə bölgəsinə getdiyini deyərək tanımadığı insanlardan yol pulu alıb. Sonra da Tovuza gəlib. Ağdam istiqamətində postlar olduğu üçün maşınlardan birinin yük yerində gizlənib. Ağdam kəndi ərazisində postda xidmətdə olan hərbçilər və polis əməkdaşları onu görüblər.
https://www.youtube.com/watch?v=cTPTlnml9F0&feature=emb_title
Mehman hazırda Ağdam yaxınlığındadır. Könüllü olaraq cəbhəyə getmək, əsgərlərə kömək etmək istəyir.
20 yaşlı Mehman deyir ki, ən azından burada qalıb, əsgərlər istənilən işdə kömək etmək istəyir.
İlkin Muradov
Məhəmməd Türkmən
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür