Fidan Hacıyevadan həyat yoldaşı ilə bağlı səmimi etiraf: "Məni hər dəfə məscidə aparırdı"
“Amin” verilişinin son buraxılışında Xalq artisti Fidan Hacıyeva sənət və şəxsi həyatından bəhs edib.
Fidan Hacıyeva həyat yoldaşının ona verdiyi mənəvi dəstəyi vurğulayıb: “Həyat yoldaşım ingilisdir və çox mədəni bir insandır. Nişanlı olduğumuz dövrdə dua etmək üçün həftədə bir dəfə məscidə gedirdim. O da mənimlə gəlir, çöldə gözləyirdi. Hamiləlik zamanı məscidə getmək çətinləşəndə belə, mənə dəstək olur və mütləq məni oraya aparırdı”.
Minval.info xəbər verir ki, sənətkar səhnə fəaliyyətindən də danışıb: “Hər dəfə səhnəyə çıxanda özümü bir döyüşçü kimi hiss edirəm. Yoldaşım deyir ki, səhnədə sanki Fidan deyilsən. Hansı obrazı canlandırsam, onu tam olaraq yaşayıram. Bu obrazlardan çıxmaq da çətin olur və bir neçə gün özümə gələ bilmirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Elməddin Cəfərov: “Heç vaxt qadın paltarı geyinmərəm”
“12 manatla "Gelandewagen" almağa getdim, xəstəsiyəm" - Baləli
"Mədəniyyət naziri nazir kimi deyil, insan kimi..." - Hikmət Rəhimov