Ağdam sənaye parkında 1230 daimi iş yeri yaradılıb
Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb və bu, bölgənin iqtisadi inkişafına mühüm töhfə verir. Parka 180 milyon manata qədər investisiya yatırılıb.
Minval.info xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev, mediatur zamanı parkın ölkədə ikinci ən böyük sənaye parkı olduğunu bildirib. Burada 30 sahibkar rezident, dörd sahibkar isə qeyri-rezident statusuna malikdir.
Parkda hazırda 12 müəssisə fəaliyyət göstərir və daha 12-nin tikintisi davam edir. 2026-cı ilin ilk altı ayında sahibkarlar 976 milyon manatlıq məhsul satışı həyata keçirib, 42 milyon manatlıq məhsul isə ixrac edilib.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO ayaqqabı fabriki də məhsullarını bir sıra ölkələrə ixrac edir. Fabrikdə 80-ə yaxın əməkdaş çalışır və onların əksəriyyəti Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərdir. Burada istehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana ixrac edilir.
Parkda həmçinin yüksək gərginlikli elektrik dirəkləri istehsal olunur və bu məhsullar ölkənin müxtəlif bölgələrinə göndərilir. Müəssisədə Ağdamdan olan 17 keçmiş məcburi köçkün çalışır.
Elektrik paylayıcı qurğuları istehsal edən fabrikdə də əsasən keçmiş məcburi köçkünlər çalışır. Burada aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuları istehsal edilir.
Taleh Quliyev əlavə edib ki, Ağdam Sənaye Parkında istehsal edilən divar kağızları yüksək keyfiyyəti ilə seçilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı