Ağa Hacıbəyli: Müasir insanın tənhalığı artır
İlahiyyatçı Ağa Hacıbəyli “Amin” verilişində müasir insanın tənhalıq və mənəviyyat məsələlərini müzakirə edib. O, insanın özünü Yaradanın qulu kimi dərk etməsinin mənəvi rahatlıq gətirdiyini vurğulayıb. Hacıbəyli bildirib ki, insan öz vəzifələrini dərk etdikdə, qarşısında duran çətinliklərə baxmayaraq, çökmür, çünki arxasında bir qüdrət sahibinin olduğunu bilir.
Minval.info xəbər verir ki, Ağa Hacıbəyli müasir insanın tənhalaşmasının səbəblərini də izah edib. O, sosial şəbəkələrdə çoxsaylı əlaqələrə baxmayaraq, insanların real həyatda getdikcə daha çox təcrid olunduğunu qeyd edib. “Müasir insan, əslində, tənha yaşayır. Dostları çox azdır və insanlar daha az qonaq getməyə başlayıblar. Gənclər tərk olunmuş vəziyyətdədirlər,” – deyə ilahiyyatçı bildirib.
Hacıbəyli, həmçinin, ən böyük fitnənin insanın öz daxilində baş verdiyini vurğulayıb. O, insanların niyyətlərini pozduğunu və dəyişdiyini, hər şeyin buradan başladığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır