AFFA "Qarabağ"ın futbolçusunu 3 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, toplantıda Premyer Liqanın 12-ci turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüşün 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
“Sabah”la oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in müdafiəçisi Adil Nağıyev 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək