Aparıcı Afaq Gəncəli Xalq artisti Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqaldan bəhs edib.

O, illərdir küsülü olmalarının səbəbini açıqlayıb. Afaq “ATV maqazin onlarla” verilişində Dadaşovanın onu haqsız ittiham etdiyini söyləyib:

“Bu sözləri montaj edib, kəsməyinizi istəmirəm, icazə vermərəm. Necə deyirəm elə də getsin. Ciddi və haqsız bir ittihamdır. Heç kimə sosial şəbəkədə cavab verən deyiləm. Mənim mənliyim, cəsarətim, şəxsiyyətim var. Buna görə telefon var. Brilliant Dadaşovaya qarşı heç bir şəxsi qərəzliyim yoxdur.

Bu yaxınlarda Tolikin proqramında deyir ki, oğluma haqsızlıq edib. Adımı çəkmək istəmədi. Yaşca ondan balacayam, canı sağ olsun. Oğlu foto paylaşmışdı, qucağındakı uşaq da prodüseri Nigar xanımın qızı idi. Brilliant xanım deyir ki, 2013-cü ildə bunu mən yayımlamışam. 2016-cı ildə “ATV maqazin” bağlandı və Bizim “Onlar”la birləşdi. Sizin süjet isə “ATV maqazin”də yayımlandı, “Onlar”da yox, mən hazırlamamışam”.

Qeyd edək ki, 2013-cü ildə B.Dadaşovanın oğlu Cahadın gizli ailə qurduğu və övladı olduğu haqda “ATV maqazin” proqramında süjet yayımlanmışdı. Həmin vaxt Afaq “Onlar” verilişinin aparıcılığını edirdi. Müğənni isə övladı haqda süjeti A.Gəncəlinin öz proqramında yayımladığını iddia edib.