Aeroport yolundakı ağır qəzada xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı reanimasiyadadır

Bakıda 171 saylı xətt marşrutu üzrə hərəkət edən marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfər evə buraxılıb.
Bu barədə Trend-ə açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində 27 nəfər xəstəxanaya müraciət edib: “Onlardan 3 nəfər uşaq, 24 nəfər isə böyükdür. Müraciət edənlərdən 17 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müayinəyə buraxılıb. Hazırda 10 nəfər xəstəxanaya qəbul olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya, 4 nəfər isə travma şöbələrinə yerləşdirilib.
Xatırladaq ki, bu gün axşam saatlarında Bilgəh qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu ilə kommunal xidmət avtomobili ilə toqquşub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı