“Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi
“Film kastinqi keçirirlər, büdcədən pul ayrılır. Özü də peşəkar yerdə – ən azından adı peşəkardır. Amma aktyorların, aktrisaların xəbəri olmur. Kim seçir, necə seçir bilinmir”.
Minval.info xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. Aktrisa rejissorların filmlərə peşəkarları deyil, öz tanışlarını çəkməsinə etiraz edib:
“Sən çağır, alınmasın, rola uyğun olmasın, qabiliyyəti qane etməsin, amma çağır. Deyirəm ki, sənəti özfəaliyyətə çevirmisiniz. Sonra da deyirlər ki, niyə filan yerdə – bazada şəklin yoxdur? Şərait yaradırsınız ki, şəklimiz olsun? Adam istəyir ki, danışmasın, ancaq alınmır. Çevrəmdəki adamlar da qəribədirlər: Kömək lazım olanda, işlərinin dəyərini qaldırmaq, rolun yükünü ancaq istedadlı, peşəkar aktrisanın daşıyacağı iş olanda dil tökürlər ki, ay istedadlısan, filan işdə “dağıtmısan”. “Yedirtmək” lazım olanda başqalarını çağırırlar.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Haşiyəyə çıxaraq qeyd edim ki, hər zaman işim var: filmim, serialım. Hər zaman olacaq da. Lakin adamı qanmaz yerinə qoymayın. Heç kim “ağıllı” məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm”.
Qeyd edək ki, Z. Qurbanova hazırda “Ata ocağı” serialında rol alır.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"

