Acqarına zeytun yağı içmək təhlükəlidir!
Son dövrlərdə acqarına bir qaşıq zeytun yağı içmək vərdişi sosial mediada geniş yayılıb. Bu vərdişin tərəfdarları zeytun yağının həzmi yaxşılaşdırdığına, ürək sağlamlığını dəstəklədiyinə və bədəni toksinlərdən təmizlədiyinə inanırlar.
Minval.info xəbər verir ki, qidalanma mütəxəssisləri bu vərdişin elmi əsasının olmadığını bildirirlər. Rafinə olunmamış zeytun yağı, tərkibindəki antioksidant xüsusiyyətlərə malik tək doymamış yağ turşuları, E vitamini və polifenollar sayəsində dəyərli xüsusiyyətlərə malikdir. Bu məhsulun pəhrizə müntəzəm daxil edilməsi ürək-damar sisteminə və maddələr mübadiləsinə müsbət təsir göstərə bilər.
Bununla yanaşı, mütəxəssislər zeytun yağının acqarına deyil, salatlarda istifadəsinin daha faydalı olduğunu vurğulayırlar. Acqarına zeytun yağı içmək ürəkbulanma, reflüks, mədə spazmları və ishal kimi xoşagəlməz həzm reaksiyalarına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır