30.06.2020 - 10:57
Vacib 3 baxış

Abşeronda qurulan postlarda vəziyyət - Maska taxmayan, narazılıq edən sürücülər - VİDEO

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

Minval.info APA-ya istinadla xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.

 

https://www.youtube.com/watch?v=ByAi22R7Lmw&feature=emb_title

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: