ABŞ şirkətlərinə “Huawei” avadanlıqlarının satışına icazə veriləcək
ABŞ şirkətlərinə “Huawei” avadanlıqlarının satışına icazə veriləcək.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ şirkətləri milli təhlükəsizlik üçün problem yaratmayan “Huawei” adavdanlıqlarını sata bilərlər. Biz onlara satış üçün icazə verəcəyik”, deyə Tramp bildirib.
Qeyd edək ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla “qara siyahı”dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyi açıqlanıb.
Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.
İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.
Şirkətin adı ABŞ tərəfindən “qara siyahı”ya salındıqdan sonra “Google” şirkəti “Huawei”in istehsal etdiyi mobil qurğularda “Android” əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə “Huawei” ilə əməkdaşlığı dayandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq