ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək
Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Onun fikrincə, Trampın impiçmenti prosesi məxfidir və qanunvericiliyə uyğun deyil. Qrem hesab edir ki, respublikaçılar “ağılsız proses”ə giriş məhdudiyyətlərinə malikdirlər.
O, qeyd edib ki, prosedurun belə formada keçirilməsi “prezidentlik institutu və ölkə üçün” təhlükəlidir.
Daha əvvəl Ağ Ev də Trampın impiçmentinin qanunsuz olduğunu bildirib. Prezidentin mətbuat katibi Stefani Qrişem qeyd edib ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın impiçmenti prosesini qanunsuz sayır və bununla bağlı araşdırmada iştirakdan imtina edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı