ABŞ Səfirliyi repçi, musiqiçi və sahibkar Uordsmis-in ölkəyə səfərinə sponsorluq edir
ABŞ Səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Uordsmis ilk dəfə Azərbaycana oktyabrın 7-20 tarixlərində səfər edəcək. Azərbaycanda Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcəkdir.
Unikal reper qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcəklər. Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərini təşkil edir.
Uorldsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. ABŞ Səfirliyi Amerikan hip-hop musiqisilə maraqlananları aşağıda qeyd olunan konsertlərə dəvət edir:
13 oktyabr, 19:00 – Park Bulvar Moll
16 oktyabr, 19:00 – YARAT Müasir İncəsənət Məkanı
20 oktyabr, 19:00 – Rəşid Behbudov adina Mahnı Teatrı
Uorldsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.
Morqan Dövlət Universitetində futbol oynamaq üçün tam idman təqaüdünü qazanmasına baxmayaraq, Solsberi Universitetinə keçirildi və bu isə Uorldsmisi əyləncə sferasına diqqətini cəlb etdi. O, təhsilini Teatr Sənəti üzrə bakalavr dərəcəsi ilə tamamladı. Uordsmis musiqi və teatra olan məhəbbətini biədəb sözlərdən azad olan və məzmunla dolu idarə olunan mesaj və hər yaş üçün əyləncəli olan yüksək ifadəli çıxışları birləşdirir. Uordsmis musiqisi hər kəs üçündür!
Uordsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə “Heyvanların Karnavalı” üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb. 16-cı Müstəqil Musiqi Mükafatlandırma Perspektivli Musiqili Avtomat (Musiqi Qutusu) üçün Ən Yaxşı Rep / Hip-Hop Albom üçün nominasiya və qalibiyyət üfüqdə görünürdü, televiziya müsahibələri və tamaşalar isə qısa müddət sonra oldu. Uordsmis, 2018-ci ili öyrətmək, çıxış etmək və məqsədli mesajı yaymaq üçün Azərbaycan və Haitiyə geniş səfər səbirsizliklə gözləyir.
Uorldsmisin, xeyriyyəçi, müəllim və musiqi kimi göstərdiyi fəaliyyəti ona Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və başqa ölkələrə səfər etməyə yol açmışdır. Dövlət Departamenti, Baltimor meriyası, “Keller Uilliams Realiti”, “Open Dor Baltimor” və “Pleys” layihəsi Uorldsmisin şəhər gəncləri və evsizlərə yardım etməyə imkan verdi.
Daha ətraflı məlumat əldə etmək üçün ABŞ Səfirliyinin Feysbuk səhifəsinə daxil ola bilərsiniz: www.facebook.com/baku.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya futbolunun ən gözəl 7 qadını... - FOTOLAR
"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu - FOTO
Güləşçimiz erməni rəqibinə dərs keçdi
19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdirib
Türkiyədən tarixi qələbə - Dünya çempionuna qalib gəldilər
Eden Hazard “Çelsi”-ni xəbərdar edir: “Bunu etməsəz komandanı tərk edəcəm”
Həbibə nəyi qadağan ediblər - Məşqçisi danışdı