ABŞ səfiri Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Azərbaycanın işğal altında saxlanılan Xankəndində keçirilən “ümumerməni oyunları” tədbirində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirib.
“Report”un xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında şiddəti pislədiyini vurğulayıb.
“Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq. Biz səbirsizliklə tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü gözləyirik, ümid edirəm ki, sentyabrda baş tutacaq. Bu dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq”, – deyə səfir əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı