ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı
ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırır.
Bakupost.az xəbər verir ki, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir.
“Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur. Münaqişə zonasında minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməkdə və şikəst etməkdə, iqtisadi inkişafı əngəlləməkdə və köçkünlərin təhlükəsiz geri qayıtmasının qarşısını almaqda davam edir.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
2021-ci ilin noyabrında elan edilən 500 000 dollara əsaslanaraq, ABŞ-ın yeni maliyyəsi minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməyə davam edəcək. Bu səylər insanların təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərin öz evlərinə qayıtmasına və həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan yaratmaq üçün çox vacibdir”, – xəbərdə deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
Kəndimizin azad olunduğu gün yenidən doğulduğumuz gündür