ABŞ ordusunda ciddi problemlər aşkarlandı
ABŞ ordusunda şəxsi heyət baxımından ciddi çatışmazlıq hiss olunur: hərbçilərin sayı İkinci dünya müharibəsinin bitməsindən sonra ən aşağı həddədir.
Oxu.Az xəbər verir ki, bu barədə “National Interest” jurnalı yazıb.
Ekspertlər bunu ciddi problem kimi dəyərləndirirlər. Məsələ həllini qısa müddət ərzində tapmasa, ölkə 5 əsas təhlükə ilə – Çin, Rusiya, İran, Şimali Koreya və terrorçuluq – mübarizə apara bilməyəcək.
Mütəxəssislərin rəyinə əsasən, eyni zamanda daha çox texnikaya və insan resurslarına da ehtiyac duyulur. Məsələn, milli müdafiə strategiyasının həyata keçirilməsi üçün 335 gəmi tələb edilsə də, hazırda onların sayı cəmi 286 təşkil edir. Quru qoşunların şəxsi heyətinin sayı 500 min hərbçi olmalı halda, hazırda bu göstərici 476 mindir.
Jurnal baş verənlərin səbəbini müdafiə məqsədləri üçün büdcənin azalmasında görür. 2011-ci ildən orduya ayrılan xərclər 539 milyard dollar azalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx