ABŞ Nümayəndələr palatasının spikeri: “Donald Tramp Riçard Niksondan daha pisdir”
Nensi Pelosi prezidenti istefaya çağırıb
ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi Donald Trampın keçmiş dövlət başçısı Riçard Niksondan daha betər olduğunu bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini “CBS” kanalında səsləndirib.
Qanunverici orqanın rəhbəri hətta prezidenti istefaya çağırıb.
“Olduqca kədərli mənzərə yaranıb. Tramp əsl saxtakardır və ali baş komandanlıq vəzifəsi onun dişinə görə deyil. Mən onun Riçard Niksondan (1969-1974-cü ildə ABŞ prezidenti olmuş və impiçment təhlükəsi qarşında qalaraq istefa vermiş siyasətçi) daha pis olduğunu düşünürəm. Çünki Nikson müəyyən anda ölkəsini fikirləşib vəzifəsindən getmək cəsarətini özündə gördü”,-deyə xanım Pelosi qeyd edib.
Spiker Trampın adının yalnız hüquqpozmalarla hallandığını vurğulayaraq prezidentin keçmiş vitse-prezident Cozef Baydenə qarşı təhqiqata başlamaq üçün rəsmi Kiyevə təzyiq etməsini buna örnək göstərib.
“Əgər söhbət Birləşmiş Ştatların konstitusiyasının pozulmasından, yəni bizim milli təhlükəsiliyimizin, azad seçkilərimizin təhdid alıtnda olmasından gedirsə və buna görə prezidentin öz içdiyi anda xilaf çıxdığı müəyyən edilərsə, o zaman impiçment proseduru işə düşməlidir,”- deyə Nensi Pelosi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub?
“Ciddi dövlət qurumlarında narkotik aludəçisi olanlar çalışır”
İsveç Ukraynaya daha müasir silahlar verəcək
Şənbə gününün hava proqnozu açıqlanıb
Bakıda sanatoriya yanır - SON DƏQİQƏ
Tağı Əhmədovun vəziyyəti yenidən pisləşdi - Ayaqları tutulub
Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı
