ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtona qayıdır
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Vaşinqtona gedəcək. Bu barədə “Axios” saytı ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.
“Səfir Sallivan bu həftə ailəsini görmək və yeni administrasiya ilə görüşmək üçün ABŞ-a qayıdacaq. Vəzifəsində müddətsiz xidmət etməyə razılaşandan sonra onunla məsləhətləşmə aparmaq imkanı olmayıb”,- ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. O qeyd edib ki, Sallivan yaxın həftələrdə yenidən Moskvaya qayıdacaq.
Bundan əvvəl “Axios” nəşri Sallivanın Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşə çağrıldığını və ona Co Bayden administrasiyası ilə məsləhətləşmələr üçün Vaşinqtona qayıtmasının tövsiyə olunduğunu bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı