ABŞ-ın dövlət katibi: "Rusiyanın G8-ə qayıtması planı üzərində işləyəcəyik"
ABŞ Administrasiyası prezident Donald Trampın istəyi əsasında Rusiyanın G8-ə (“Böyük səkkizlik”) qayıtması planı üzərində işləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Prezident hesab edir ki, biz bunu etməliyik. Mən prezidentin tapşırıqlarını yerinə yetirirəm və biz əlbəttə ki, bu plan üzərində işləyəcəyik”, – deyə ABŞ rəsmisi qeyd edib.
Xatırladaq ki, Donald Tramp bu günlərdə Fransada keçirilən G7 sammitində Rusiyanın qrup ölkələrinin tərkibinə qayıtmasının mümkünlüyünü qeyd edib. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, Vladimir Putin olmadan masa arxasında əyləşməyin heç bir mənası yoxdur. Lakin sonra Fransa Prezidenti Emmanuel Makron iştirakçı ölkələrin liderlərinin bu məsələdə ümumi razılığa gələ bilmədiyini deyib.
Məlumat üçün qeyd edək ki, G7-yə Böyük Britaniya, ABŞ, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya daxildir. Rusiya qoşulandan sonra qrup G8 formatında olub. Ancaq Ukrayna hadisələrindən sonra iştirakçılar G7 formatına qayıdıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı