ABŞ-da prezident seçkiləri başlayıb
Bu gün Amerika Birləşmiş Ştatlarında yerli vaxtla səhər saat 6-da prezident seçkilərinə start verilib.
AZƏRTAC xəbər verir ki, pandemiya dövründə səsvermənin təhlükəsizliyinin təmin edilməsində ştatlara kömək məqsədilə təqribən 100 milyon nəfər seçici artıq noyabrın 3-dək növbədənkənar səsvermədə iştirak ediblər. İlk səs verənlər arasında Prezident Tramp və onun demokrat opponenti, sabiq vitse-prezident Cozef Bayden də olub. Onlar hər ikisi seçkilər günündə seçki məntəqələrində ənənəvi fotosessiyalardan imtina etmək qərarına gəliblər.
Prezident seçkilərindən əlavə, Birləşmiş Ştatların Nümayəndələr Palatasındakı bütün 435 yer və ABŞ Senatındakı 100 yerdən 33-ü uğrunda səsvermə keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi