ABŞ-da polisin qaradərilini torba ilə boğaraq öldürdüyü görüntülər yayılıb - VİDEO
Mart ayında Nyu York əyalətinin Roçester şəhərində polis zorakılığı nəticəsində dünyasını dəyişən afro-amerikalı Daniel Prudun necə öldürülməsi ilə bağlı görüntülər ortaya çıxıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, polis təqib etdiyi şəxsin başına sellofan torba keçirərək onun ölümünə səbəb olub.
6 ay əvvəl dünyasını dəyişən Prudun təslim olmasına və qandallanmasına baxmayaraq polis tərəfindən başına torba keçirilərək yerə yıxıldığı görülür.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
ABŞ mediasında verilən xəbərdə Prudun şüursuz şəkildə xəstəxanaya aparılaraq süni tənəffüs aparatına bağlandığı və 7 gün sonra dünyasını dəyişdiyi deyilir. Meyitin ekspertizası zamanı onun ölüm səbəbi fiziki şiddət nəticəsində boğulma kimi qeydə alınaraq cinayət işi başladılıb.
Nyu-York Baş prokurorluğu işlə bağlı cinayəti araşdırır. Mərhumun ailəsi isə oğullarının haqsız yerə öldürülməsinə görə Roçester şəhərini məhkəməyə verəcəyini ifadə edib.
https://video.haber7.com/video-galeri/170717-abdde-polis-siyahi-adamin-kafasina-poset-gecirip-bogarak-oldurdu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO