Abituriyentlərin nəzərinə: Boş plan yerləri...

Boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 24 avqust – 3 sentyabr tarixlərini əhatə edəcək.
Minval.İnfo azedu.az-a istinadən tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanlar üçün qeydiyyat vaxtını təqdim edir.
Beləki, tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanların 24- 30 avqust, kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi edərək qəbul olanların qeydiyyatı isə 1- 5 sentyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı