Abadlıq işləri yarımçıq qaldı: Nizami sakinləri toz-torpaq içində qaldı!
Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən beş binanın sakinləri, həyətlərində yarımçıq qalan abadlıq işlərindən narazılıq edirlər. Sakinlər bildirirlər ki, təxminən üç ay əvvəl ərazidə başlanılan söküntü və abadlıq işləri bir müddət sonra dayandırılıb.
Minval.info xəbər verir ki, sakinlər artıq neçə aydır bu vəziyyətdən əziyyət çəkdiklərini söyləyirlər. Onların sözlərinə görə, üç ay əvvəl binaların fasadlarında işlərə başlanılsa da, son iki aydır heç bir irəliləyiş yoxdur. Binaların arasındakı asfalt örtüyü sökülüb və ərazi toz-torpaq içində qalıb. Sakinlər, payızda ərazinin palçıq olacağından narahatdırlar.
Bundan əlavə, sakinlər məhəllədə yerləşən mərasim evinin fəaliyyətindən də narazıdırlar. Onlar bildirirlər ki, mərasimlər zamanı çox sayda avtomobil əraziyə toplaşır və bu da məhəllədə sıxlıq yaradır.
ƏLAQƏLİ
İçərişəhərdə tarixi divarların yeni siması: Yazılar təmizləndi, abidələr qorundu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göbələklər diabetlə mübarizədə yeni ümid: Alimlərdən maraqlı açıqlama
Hava limanı yolu: Yeni qurğular nəyi ölçür və sürücülər üçün nə deməkdir?
At südünün gizli qabiliyyəti: Bağırsaq xəstəliklərinə qarşı qalxan rolunda
Cananadan sərt çıxış: "adını kişi qoymusan, gəl məhkəməyə!
Nabran yollarında yay sıxlığı: İstirahət axını nəqliyyatı çətinləşdirdi