9 Mayda Azərbaycan hərbçiləri və Türkiyə “komando”ları Xocalıya göndərilsin - Sabiq XİN başçısı
“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlı qüvvələr Xocalı hava limanında parad keçirmək istəyirsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komandoları”nın göndərilməsini təklif edirəm. Bu yüksək səviyyəli bir tədbir olacaq!”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz feysbuk hesabında yazıb.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələri, Xocalı hava limanında 1941-1945-ci il Böyük Vətən müharibəsində qalibiyyətə həsr olunmuş təntənəli keçid üçün təlimlərə başladığına dair Ermənistan mətbuatında xəbərlər yayılıb. Məşqlərə 400-ə yaxın hərbçinin cəlb olunduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi
Bakıda ticarət mərkəzində yanğın - Xəsarət alanlar var
Oleq Kuznetsov: "Rusiyanın ən yaxın müttəfiqi Azərbaycandır"
Qurban Qurbanov sabahkı oyunla bağlı ehtiyatlı danışdı
Şahid: “Vilyam Hacıyevin bir “hə”sinə görə 85 min manat verdim”