07.10.2026 - 12:52
Yaxın Şərqdəki münaqişələr Netanyahu üçün siyasi üstünlükdür
Siyasət 5 baxış

Yaxın Şərqdəki münaqişələr Netanyahu üçün siyasi üstünlükdür

Yaxın Şərqdə davam edən müharibələrin İsrail hökumətinə, xüsusilə də baş nazir Benyamin Netanyahuya siyasi baxımdan sərfəli olduğu iddia edilib. Bu iddia şərqşünas Luiza Xlebnikova tərəfindən irəli sürülüb.

Minval.info xəbər verir ki, Xlebnikova “Lenta.ru”ya müsahibəsində hazırkı vəziyyətin Netanyahunun maraqlarına uyğun olduğunu bildirib. Ekspertin fikrincə, Netanyahu bölgədəki güc balansını İsrailin lehinə dəyişməyi bacarsa da, hərbi əməliyyatların davam etməsi onun şəxsi maraqları üçün də əhəmiyyətlidir.

Xlebnikova vurğulayıb ki, uzunmüddətli hərbi kampaniyalar 7 oktyabr hadisələri ilə bağlı sualların gündəmdə qalmasına mane olur və Netanyahunun 2020-ci ildən davam edən məhkəmə işlərinin uzanmasına şərait yaradır.

“Baş nazirə qarşı vəzifədən sui-istifadə və maliyyə cinayətləri ilə bağlı ciddi ittihamlar irəli sürülüb”, – deyə ekspert əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: