72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.
Nəticədə, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, bu mərkəzlərdən bəziləri lisenziyasız, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərib.
Günü-gündən stomatoloji mərkəzlərin sayı artsa da, onların hamısı heç də tələb olunan qaydalara uyğun şəkildə fəaliyyət göstərmir. Bu isə ilk növbədə pasiyentlərin sağlamlığı üçün ciddi risk yaradır.
Məsələ ilə bağlı həkim Adil Qeybulla bildirib ki, sənədi olmayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi insanlar üzərində kliniki eksperimentlər anlamına gəlir.
“Sənədi olmayan şəxslərin stomatoloq, travmatoloq, kosmetoloq – fərqi yoxdur – həkim kimi fəaliyyət göstərməsi insanlar üzərində kliniki eksperimentlər anlamına gəlir. Biz akkreditasiya sisteminə keçməliyik. Bütün həkimlər, tibb işçiləri – hər kəs akkreditasiya olunmalıdır. Orada artıq kimin nə sənədi var, hamısı nəzərdən keçirilir və ona konkret bir müddət üçün lisenziya verilir”, – deyə o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq