7 yaşlı uşaq “iOS 12”də boşluq tapdı
7 yaşlı uşaq yeni istifadəyə verilən “iOS 12” sistemində boşluq aşkar edib.
Minval.info ICTnews-a istinadən xəbər verir ki, uşaq valideynlərə övladlarının oyun qarşısında keçirdikləri vaxta nəzarət etməyə imkan verən “Ekran vaxtı” funksiyası tərəfindən qoyulan məhdudiyyəti keçməyə müvəffəq olub.
Oyun vaxtı bitən kimi uşaq proqramı silib, sonra onu “App Store” internet mağazasında “Alış” bölməsindən yenidən quraşdırıb və məhdudiyyətsiz oynamağa davam edib.
Ata oğlunun oyun qarşısında daha çox vaxt keçirməsindən şübhələnib və yalnız bir neçə gün sonra ondan bunun sirrini soruşub.
Məlumat üçün bildirək ki, “iOS 12” əməliyyat sistemi 17 sentyabrda təqdim edilib. Yeniliklərin böyük hissəsi iş prosesinin sürəti və optimallaşdırılması ilə bağlıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq