7-ci sinif şagirdi ilə intim əlaqəyə girən gənclə bağlı yeni xəbər
Bakıda təhsil komplekslərinin birində 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdinin cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.Cinayət məcəlləsinin 152.2-ci maddəsiylə təqsirləndirilən Rzayev Cavidan Siyavuş oğlunun məhkəmə prosesinə hakim Anar Tanrıverdiyev sədrlik edir.
Xatırladaq ki, biabırçı hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verib.
Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Siyavuş oğlu saxlanılıb və Bakı İstintaq Təcridxanasına göndərilib.
Rzayev Cavidan Siyavuş oğlu barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
ölkə.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ