4 vəzifəli şəxs işdən çıxarılıb, 9 nəfər isə məsuliyyətinə cəlb olunub - Azərbaycanda
Bu il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı aşıqlanıb.
APA-nın məlumatına görə, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 4-ü vəzifədən azad edilib.
Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtdakı yanğının havaya təsirləri ölçülüb
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Azərbaycan hərbçiləri Türkiyəyə yardım göndərib
"Məhəmməd peyğəmbərin ruhu məndədir" - 63 yaşlı şəkili qadın
Kadırov Putinin Ukrayna ilə bağlı planlarını AÇIQLADI