16.12.2020 - 14:29
İdman
18 baxış
4 güləşçimiz mübarizəyə qoşulur - Dünya Kuboku
Bu gün Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.
İlk olaraq 4 idmançı tatamiyə çıxacaq.
57 kq çəki dərəcəsindəki İslam Bazarqanov 1/8 finalda Ukrayna təmsilçisi Andrey Yatsenko ilə üz-üzə gələcək. 70 kq-dakı Gitinoməhəmməd Hacıyev eyni mərhələdə Küveytdən olan Məhəmməd Əbdülkərimin müqavimətini qırmağa çalışacaq.
Hacımuard Məhəmmədsəidov (92 kq) təsnifat mərhələsində serbiyalı Strahinya Despiçlə, Cəmaləddin Məhəmmədov (125 kq) isə türkiyəli Oktay Günter ilə qarşılaşacaq.
Azərbaycanın digər 5 sərbəst güləşçisi dekabrın 17-də yarışa qatılacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) və Elis Manolova (65 kq) bu gün təsəlliverici görüşə çıxacaqlar. Onlar müvafiq olaraq almaniyalı Laura Mertens və türkiyəli Aslı Demirlə üz-üzə gələcəklər.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov – Andrey Yatsenko (Ukrayna)
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev – Məhəmməd Əbdülkərim (Küveyt)
92 kq
Təsnifat mərhələsi: Hacımuard Məhəmmədsəidov – Strahinya Despiç (Serbiya)
125 kq
Təsnifat mərhələsi: Cəmaləddin Məhəmmədov – Oktay Günter (Türkiyə)
Qadın güləşçilər
57 kq
1/8 final: Alyona Kolesnik – Anşu Anşu (İND) 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik – Laura Mertens (GER)
65 kq
1/4 final: Elis Manolova – İrina Rinqaçi (MDA) 0:6
Təsəlliverici görüş: Elis Manolova – Aslı Demir (TUR)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54