30 yaşdan sonra zənginlik qapısını açacaq doğum tarixləri - numerologiyadan maraqlı iddialar
Numerologiyaya əsaslanan bəzi iddialara görə, bəzi insanlar gənclik illərində peşə və maliyyə çətinlikləri ilə üzləşsələr də, 30 yaşdan sonra daha böyük uğurlar əldə edə bilərlər.
Minval.info xəbər verir ki, bu qrupa 8, 17 və 26 tarixlərində doğulanlar daxildir. Numeroloqların fikrincə, bu şəxslər səbir və intizam sayəsində maliyyə vəziyyətlərini yaxşılaşdıra bilərlər.
4, 13, 22 və 31-də doğulanların isə gənclikdə tez-tez iş və istiqamət dəyişdirdikləri, 30 yaşdan sonra isə texnologiya, media, marketinq və biznes sahələrində uğur qazana biləcəkləri irəli sürülür.
7, 16 və 25-də doğulanların isə uzun müddət öz peşə istiqamətlərini axtardıqları, yaş artdıqca təcrübə və intuisiyalarından daha yaxşı istifadə etdikləri bildirilir.
9, 18 və 27-də doğulanların isə gənclikdə impulsiv, sonrakı illərdə daha təmkinli və məqsədyönlü olduqları, biznes, idman, tibb və rəhbər vəzifələrdə uğur qazana biləcəkləri qeyd edilir.
Qeyd etmək lazımdır ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş bir metod deyil və bu cür proqnozların obyektiv elmi əsası yoxdur. Bu məlumatlara daha çox əyləncə xarakterli yanaşmaq tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır