“30 il oturdular, danışdılar, dağılışdılar...” - Ərdoğan
“Vətənini xilas etməyə çalışan Azərbaycanı hədəf almaq peşəkar bir təşkilatın vəzifəsi ola bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində bugünki çıxışında deyib.
“Azərbaycanlı qardaşlarımın torpaqlarını işğal edərək dağıtdılar. İnsanlar torpaqlarını tərk etməli oldular. Mübarizə nədən ibarətdir? “Biz işğal olunmuş torpaqlarımızı istəyirik”, istənilən budur.
ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikası ilə bu işi gecikdirir. Qaytarın işğal olunmuş əraziləri! Öz torpaqlarında nə edirlərsə, etsinlər. Sadəcə, danışıqları bitirmək və torpaqları sahibinə vermək lazımdır.
30 il müzakirə olar? Oturdular, danışdılar, dağılışdılar… Bunu 30 ildir edirlər. Bu qədər uzun çəkəcək bir iş deyil. Etmədilər! İş indi haralara gəldi çıxdı?!
İndi azərbaycanlı qardaşlarımız ermənilərlə mübarizəni davam etdirirlər. Bizə isə “Suriyadan mücahidləri apardın” deyirlər. Bizim belə bir problemimiz yoxdur. Azəri qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq və edəcəyik. Niyə Fransadan və Rusiyadan gələn silahlardan danışmırsınız?”,-deyə Türkiyə Prezidenti qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi