20 yaşlı forvard ÇL-də inanılmaz rekord müəyyənləşdirdi
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand Çempionlar Liqasının 4-cü turunda keçirilən görüşdə – “Brügge” ilə oyunda komandasının 4:0 hesablı darmadağınına dublla töhfə verib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı norveçli ÇL-də çıxdığı 12 qarşılaşmada 16 qol vurmağa imkan tapıb.
Beləliklə o, tarixi ilkə imza atıb. İndiyədək ÇL tarixində heç bir futbolçu bu sayda oyunda 15 qol həddini keçə bilməmişdi. PSV və “Mançester Yunayted”dəki çıxışıyla daha çox yadda qalan sabiq forvard Rud van Nistelroy 19 matçda 15 top vurmağı bacarmışdısa, Roberto Soldado (“Valesniya”) və “Harri Keynə (“Tottenhem”) 20-ci ÇL görüşündə bu sayda qola sevinmək qismət olmuşdu.
Maraq üçün qeyd edək ki, dünya ulduzlarından Kriştianu Ronaldu 51-ci, Lionel Messi 29-cu, Robert Levandovski isə ÇL-dəki 25-ci oyununda 15 qol həddinə çatmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək