Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda “Mercedes” markalı sərnişin daşıyan avtomaşınla “Ford” markalı avtomobil toqquşub.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən ilkin məlumata görə, 19 yaralı var.
10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.

































