17 yaşlı qız məcburi evlilikdən xilas oldu
Azərbaycanda 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb. Gənc qız, iradəsi əleyhinə evlənməyə məcbur edildiyini iddia edərək, toyuna az qalmış evdən ayrılıb və sığınacağa müraciət edib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, qızın toyu sentyabrın 20-nə planlaşdırılmışdı. Lakin 17 yaşlı qız evlənmək istəmədiyi üçün sığınacağa getmək qərarına gəlib.
Məlumata əsasən, həmin vaxt qızın valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə gediblər. O isə bu fürsətdən istifadə edərək taksiyə minib və sürücüdən Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparmasını istəyib. Kəmalə Ağazadə bildirib ki, qız taksi sürücüsünə pulunun olmadığını və sığınacaqda ödənişin ediləcəyini deyib. Sürücü də onu sığınacağa çatdırıb. Birliyin sədri paylaşımında qızın sentyabrın 20-də keçirilməsi nəzərdə tutulan toyunun baş tutmayacağını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!