07.09.2019 - 23:34
Dünya
14 baxış
Donald Tramp Rusiya və Ukraynanı təbrik edib
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi münasibətilə hər iki dövləti təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.
“Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi zamanı böyük sayda insan azad olunub. Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm!”, – D. Tramp qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.
Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailin ultimatumuna cavab olaraq London Şərqi Qüdsdə geri çəkildi
08.10.2026 - 17:58
İtaliyada yeni seçki sistemi: parlamentodan qanuna dəstək
08.10.2026 - 17:38
Avstriya və Çin alimləri ilk dəfə nüvə saatları yaratdı
08.10.2026 - 17:28
Efiopiya Eritreya qüvvələrini dronlarla hədəfə aldı
08.10.2026 - 16:48
ABŞ-dan Ankara və Afina arasında gərginlik xəbərdarlığı
08.10.2026 - 14:58
Rusiyanın Ukraynaya ardıcıl hücumları: 3 nəfər həyatını itirdi
08.10.2026 - 13:59
Danimarka saxta dərin feyklərə qarşı qanun layihəsi təqdim edir
08.10.2026 - 13:49