“Bələdiyyənin əvəzinə Rusiya səfirliyi  təmizlik işi gördü”

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar qeydə alınıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən inanılmaz hadisə aparıcı ilə bərabər izləyicilərin də marağına səbəb olub.

Minval.İnfo xəbər verir ki, qəsəbəyə gələn içməli su kanalizasiya xəttinin içərisindən keçərək sakinlərin evinə gəlib çatır. Onlar iddia edir ki, tez-tez sudan qurdlar belə çıxır. İçilməsi çətin olan su bəzi xəstəliklərin də yaranmasına şərait yaradıb.

Sakinlər Tağıyevin adını daşıyan qəsəbədə bu cür halların çoxdan olduğunu və aidiyyatı qrumların isə görməzlikdən gəlməsindən narazıdırlar. Teleaparıcı şikayətlə bağlı Tağıyev bələdiyyəsinə yollanıb.  Bələdiyyəni tənqid edən teleaparıcı bu cür halların günahkarını da məhs bələdiyyədə görüb: “Necə ola bilər ki, Rusiya səfirliyi Tağıyev bələdiyyəsinin yerinə təmizlik işləri görsün?”  

Teleaparıcının tənqidləri bununla da bitməyib. Tez-tez rüşvət görüntülərini təqdim edən Amil Xəlil yenidən rüşvət təqdim edilmə anını olduğu kimi tamaşaçılara qısa təqdim edib…

Verilişdə baş verən maraqlı anları sizə təqdim edirik..

Minval.İnfo