Anar Nağılbaz vəfat etdi - SON DƏQİQƏ (Yenilənir)
Azərbaycanı replə tanış edən Anar Nağılbaz vəfat edib.
Minval.info xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib: “Əslində heç münasibətim yox idi, “Maşın” şouda görmüşdüm. İndi Ceyhun Qala yazdı, Anar Nağılbaz vəfat edib. Amma kaş ki, övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi”.
Minval.info-nun əldə etdiyi məlumata görə, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz, xəstəxanada dünyasını dəyişib.
Məlumatı ilk dəfə özünün şəxsi “instagram” hesabında paylaşan müğənni Ceyhun minval.info-nun əməkdaşına xəbəri təsdiqləyib: “Belə şeyin zarafatı olmaz. Allah Anara rəhmət eləsin. Ölüm səbəbini dəqiq bilmirəm, amma dünyasını dəyişməsi dəqiqdir. Bizə düşən Allahdan rəhmət diləməkdir”.
***** 20:32 *****
Anar Nağılbazın nəşi Xırdalanda Cümə məscidinə gətirilib. Xəbəri saytımıza reperin ailə üzvləri təsdiq edib.
Ətraflı məlumat almağa çalışırıq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyu dayandırıldı
Tarakan ferması ilə aylıq 3000 dollar qazanc!
Şirvanda toyda kriminal mahnıya görə həbs olay!
Tacir Şahmalıoğlu 20 kilo arıqladı: Yeni görünüş!
Buraxılış imtahanlarının proqramları yeniləndi
Apple-dan ilk qatlanan iPhone: İPhone Duo!
Meta-dan yeni süni intellekt: Muse iş başında!

