Ziya Məmmədovun qardaşının şirkəti müflis oldu?
Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.
“Report” bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb şirkətin “Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.
Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.
“Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür