Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI
Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusun yayın sonuna qədər tamamilə aradan qalxacağını, virusun Azərbaycanda elə də ağır keçməyəcəyini söyləyib.
Bizimyol.info-ya açıqlama verən öngörücü hələ 2 il öncə dünyanı xərçəngdən daha qorxunc xəstəliyin bürüyəcəyini və onun kütləvi insan ölümlərinə səbəb olacağını demişdi.
Zirəddin Rzayev virusun ən gec 3 həftə içərisində nəzarətə alınacağını, yayın sonuna qədər də tamamilə yox olacağını deyərək yeni, başqa virusların da görünə biləcəyini söyləyib. Lakin yayılma ehtimalı olan növbəti virus koronavirus qədər təsirli olmayacaq.
O koronavirusun Azərbaycanda Çin və Avropa ölkələrinə nisbətən daha yüngül keçəcəyini söyləsə də, ölüm hallarını da istisna etmədi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı