Zinəddin Zidan: "Qaret Beylin komandadan ayrılmasını xoş qarşılamıram"
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beylin taleyi ilə bağlı açıqlama verib.
“Report” “Football Espana”ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis uelsli oyunçunun Madrid təmsilçisində qalmasını istəyib.
Fransalı məşqçi mətbuatda gedən yazılara baxmayaraq, Beyl ilə münasibətlərinin yaxşı olduğunu sözlərinə əlavə edib: “O, gedişi barədə danışmayıb. Qışda onun ayrılmasını xoş qarşılamıram. Beyl yayda komandada qaldı və bu, hamı üçün ən yaxşı qərar idi”.
Qeyd edək ki, Qaret Bayllə Çinin “Şanxay Şenxua” komandası maraqlanır. “Real Madrid” Beyli 2013-cü ilin yayında İngiltərənin “Tottenhem” klubundan həmin dövr üçün rekord məbləğ sayılan 100 milyon avroya alıb. O, cari mövsümdə İspaniya təmsilçisinin heyətində iştirak etdiyi 7 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Xatırladaq ki, Qaret Beylin kapitanı olduğu Uels yığması noyabrın 16-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı