Zidan "Real"da görmək istədiyi ilk futbolçunun adını açıqlayıb
İspaniyanın “Real” klubu ilə fransalı baş məşqçi Zinəddin Zidan arasında bu gün imzalanan müqavilənin detalları bəlli olub.
ONA-nın məlumatına görə, 2022-ci ilin yayına qədər müqavilə imzalayan 47 yaşlı mütəxəssis ilə 16 milyon avro qazanacaq.
Bundan başqa, Zidana yayda heyəti gücləndirmək üçün 300 milyon funt sterlinqdən artıq ayrılacağını vəd edilib.
Üstəlik, mütəxəssisə klubdan göndəriləcək futbolçularla bağlı qərar vermək səlahiyyəti verilib. Fransalının 10 aydan sonra geri dönməsində məhz bu amillərin böyük rolu olub.
O, artıq ilk transfer xahişini də edib. Zidan İngiltərə “Çelsi”sində çıxış edən Fransa yığmasının yarımmüdafiəçisi Nqolo Kanteni komandasında görmək istəyini bəyan edib.
Qeyd edək ki, Zidana qədər baş məşqçi postunu tutan Santyaqo Solarinin taleyinə də qismən aydınlıq gəlib. Baş məşqçi vəzifəsindən azad edilən çalışdırıcıya fəaliyyətini “Real”ın klub sistemində davam etdirmək təklif olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı