Zelenskinin andiçməsi keçirildi: "Ukrayna itirdiyi əraziləri qaytaracaq" - Yeni prezidentdən açıqlamalar
“Biz Avropaya doğru yolu seçmişik”
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Ukrayna Ali Radasında baş tutab mərasimdə Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılıb.
Mərasimdə həmçinin Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.
Vladimir Zelenski Ali Radada and içib və ardınca Konstitusiya Məhkəməsinin rəhbəri onun dövlət başçısı kimi vəzifəsinin icrasına başladığını elan edib.
Prezidentd andiçmə mərasimində bildirib ki, Ukrayna itirdiyi əraziləri qaytaracaq.
Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq: “Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır”.
Yeni prezident Donbasda sülhə nail olmaq üçün öz postundan gedə biləcəyini qeyd edib: “Artıq bizim qəhrəmanlarımız ölməyəcək, mən hər şeyə hazıram. Mən zəif qərarlar verməyəcəyəm və əgər lazım olarsa, öz populyarlığımı itirməyə hazıram. Əgər sülh bərpa olunarsa, mən öz postumdan getmək üçün tərəddüd etməyəcəyəm. Biz hamımız ukraynalıyıq. Böyük və ya kiçik, həqiqi və ya yanlış ukraynalı yoxdur. Biz birləşməliyik, çünki bundan sonra biz güclü ola bilərik”.
Zelenski çıxışında qeyd edib ki, hər bir Ukrayna vətəndaşı ölkənin Avropa dəyərlərinə sadiq qalmasından məsuldur: “Biz Avropaya doğru yolu seçmişik, lakin Avropa haralardasa uzaqda deyil, Avropa buradadır. Avropa düşüncəsi bizim beynimizdədirsə, demək, o, Ukraynada da olacaq”.
ƏLAQƏLİ
Müxalifətə qarşı əməliyyatda Qarabağ qalmaqalı – Erməni kəşfiyyatı yanlış ünvana getdi
ONA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər